Aqrar İnnovasiya və Təchizat Şirkəti
Baş Hüquqşünas
Son tarix 23 iyn 2023 - [email protected]
Namizədə olan tələblər:
Ali təhsil(Hüquq üzrə minimum bakalavr təhsil);
Vəkillik dərəcəsi;
Mülki, mülki-prosessual, əmək, həmçinin cinayət qanunverciliyi mükkəməl bilmək;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
Üzərinə məsuliyyət götürmək və tabeliyində olan əməkdaşlarla işləmək bacarığı;
Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
Kompüter bilikləri (MS Office).
Vəzifə öhdəlikləri:
Məhkəmələrdə, Prokurorluq orqanlarında və bu və ya digər dövlət orqanlarında təmsil etmək;
Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyati struktur bölmələrlə razılaşdırır;
Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.
İş şərtlərimiz:
Əmək haqqı: 2000-2500 AZN;
İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
SRS Group
Metal konstruksiya üzrə mühəndis konstruktor
Son tarix 23 iyn 2023 - [email protected]
Öhdəliklər:
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
Konstruktiv hesabatların aparılması, Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
Həm lahiyəni həm də hesabatı bilməlidir.
Namizədə olan tələblər:
Müvafiq sahədə ali təhsil;
Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Yaş həddi: 27-50
İş təcrübəsi: tikinti sahəsində 5 ildən yuxarı
Cins: kişi.
Həftədə 6 gün iş günüdür.
Bazar günü istirahət günüdür.
Əmək haqqı: 2000 - 2500 manatdır.
Namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR