Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
486
04.06.2023, 18:12
Son 20 gündə Azərbaycanda unun qiyməti 3 %-dən çox ucuzlaşıb. Yerli mətbuatın yazdığına görə, ölkədə topdansatış mərkəzlərində 50 kiloqram un kisəsinin qiyməti 31,5 - 34 manat arası dəyişməsi müşahidə olunub.
Oxu24.com xəbər verir ki, 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35 manata "Nural” MMC satıb. 20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb. Digər istehsal müəssiləri də 50 kiloqramlıq unu müxtəlif qiymətlərdə satıb.
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, son zamanlar ölkənin daxili istehlak bazarında unun qiymətində cüzi ucuzlaşma qeydə alınıb:
"Bu da onunla əlaqəlidir ki, artıq ölkədə taxılın biçim mövsümü başlayıb. Yay aylarında müxtəlif rayonlarda taxıl sahələrində biçimlərin başlanılması gözlənilir.
Eyni zamanda buğda idxalı üzrə də vəziyyət qənaətbəxşdir. Məhz bu səbəblərə görə, unun qiymətində ucuzlaşmanın müşahidə edilməsi təbii haldır.
Amma bu, müvəqqəti xarakter daşıyır. İlin sonuna qədər unun qiymətinin yenidən bahalaşacağı ehtimal olunur. Hesab edirəm ki, bu ehtimal özünü doğruldacaq".
14:49 / 30 Sentyabr 2026
17
14:36 / 30 Sentyabr 2026
33
14:24 / 30 Sentyabr 2026
46
14:22 / 30 Sentyabr 2026
71
14:11 / 30 Sentyabr 2026
52
14:02 / 30 Sentyabr 2026
218
13:57 / 30 Sentyabr 2026
64
13:50 / 30 Sentyabr 2026
55
13:45 / 30 Sentyabr 2026
75
13:41 / 30 Sentyabr 2026
60
13:31 / 30 Sentyabr 2026
984
13:19 / 30 Sentyabr 2026
61
13:18 / 30 Sentyabr 2026
58
13:16 / 30 Sentyabr 2026
107
13:10 / 30 Sentyabr 2026
54
12:58 / 30 Sentyabr 2026
57
12:48 / 30 Sentyabr 2026
56
12:39 / 30 Sentyabr 2026
97
12:33 / 30 Sentyabr 2026
57
12:24 / 30 Sentyabr 2026
69
12:20 / 30 Sentyabr 2026
65
12:17 / 30 Sentyabr 2026
71
12:13 / 30 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.