Qaynar xətt:

(+99450) 247 90 86

“TikTok”dakı oğlan öldü

“TikTok”dakı oğlan öldü

REDAKTORUN SEÇİMİ

532

03.06.2023, 09:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

Oxu24.com  Avtosfer.az-a isitnadən xəbər verir ki, 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürtə həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, “Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc “TikTok” hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.