Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblilər qəzaya düşdü:Yaralılar var

Məktəblilər qəzaya düşdü:Yaralılar var

REDAKTORUN SEÇİMİ

270

03.06.2023, 09:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini Mirsadiq Tağıyevin idarə etdiyi “Saipa” markalı minik maşını ilə Mircəlal Mirmövsümovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil toqquşub.

Nəticədə 4 nəfər rayon sakini- sürücü, Mircəlal Mirmövsümov, sərnişinləri- 2006-cı il təvəllüdlü Ülvü Şüküroviç Lətifov, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov və 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Mircəlal Mirmövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.