Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdən dəhşətli xəbər gəldi: Ölənlər var

Tərtərdən dəhşətli xəbər gəldi: Ölənlər var

REDAKTORUN SEÇİMİ

263

31.05.2023, 09:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var.
Oxu24.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.