Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
555
20.05.2023, 13:54
Zaman keçdikcə, qədimdən bəri, bir çox xəstəliklərə qarşı istifadə olunan sınanmış vasitələr unudulmağa başladı. Məsələn; duzla təpitmələr, vannalar və yuma prosesi... Duz gəlirli deyil, ona görə də, televiziyada bu effektiv vasitənin reklamı ilə qarşılaşa bilməzsiniz. Təbii ki, manatlıq duz böyük dərman firmaları ilə mübarizədə uduzur. Ancaq çətin zamanlarda, həqiqətən, təsir edən və sadə vasitə lazım olanda duz, sözün əsl mənasında, yaşamağa kömək edir. 1941-1945-ci illərdə hərbi əməliyyatlarda iştirak edən tibb bacısı 2002-ci ildə qəzetə müsahibəsində hərbi cərrah Şeqlovun dahiyanə müalicə metodundan danışmışdı. Bu cərrah hətta ən ağır yaralı əsgərlərin belə, tezliklə ordu sıralarına qayıtmasına nail olmuşdu. Bütün bunlar II Dünya Müharibəsi zamanı çətin şəraitdə baş vermişdi. Cərraha bunun üçün yalnız duz lazım olmuşdu. O, öz sirrini köməkçi tibb bacısı ilə bölüşmüşdü. Tibb bacısı isə bütün ictimaiyyətə açıqladı. Əgər onu eşidən olsaydı!
Adi xörək duzu müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq oxşar effekti ingilis duzu da göstərir. Onu, həmçinin, maqnezium da adlandırırlar. Bir vaxtlar o, İngiltərədə çox məşhur idi. Duzu həm daxilə qəbul edirdilər, həm də xaricə tətbiq edirdilər.Birinci halda, dozaya əməl edilməsi vacibdir. Çünki duzun miqdarının yeməkdə çoxluğu ziyanlıdır. Kompreslər, duz vannaları, burun-boğaz üçün, üzü qırışlardan təmizləmək üçün duzlu məhlullar... Bütün bunlar tarixin sınağından çıxmış reseptlərdir.
Soyuqdəymə və qripin ilkin simptomlarında, həmçinin, baş ağrılarında başınıza və boynunuza duzlu kompres qoyun. Burun axmasında dairəvi kompres də kömək edər. Burundakı tıxanıqlıq 1 saata yoxa çıxacaq. Güclü miqren əziyyət verirsə, duzlu kompresi bütün gecə başınızda saxlayın. Əgər siz xəstəliyin ilk gününü etinasız şəkildə keçirdinizsə, artıq öskürək başlayıbsa, o zaman təkcə başınıza deyil, kürəyinizə də duzlu kompres qoyun. Kürək üçün kompresi duzlu məhlulda isladılmış məhrəba ilə eləmək lazımdır. Bu zaman bir məqama diqqət etməlisiniz: məhrəbanın yarısını duzlu məhlula batırın. Yarısı quru qalsın. Sonra dörd qatlayın, elə edin ki, bədənə məhlula batırılmış hissə təmas etsin. Bunu bütün gecə bədəninizdə saxlayın. Müalicə müddəti 4-5 gündür. Daha qısa müddətdə özünüzü yaxşı hiss etsəniz, müalicəni dayandırın.
21:12 / 30 Sentyabr 2026
31
21:10 / 30 Sentyabr 2026
20
20:44 / 30 Sentyabr 2026
41
20:38 / 30 Sentyabr 2026
93
20:33 / 30 Sentyabr 2026
44
20:10 / 30 Sentyabr 2026
67
20:10 / 30 Sentyabr 2026
61
19:50 / 30 Sentyabr 2026
66
19:35 / 30 Sentyabr 2026
249
19:26 / 30 Sentyabr 2026
150
19:26 / 30 Sentyabr 2026
69
19:23 / 30 Sentyabr 2026
61
19:21 / 30 Sentyabr 2026
68
19:15 / 30 Sentyabr 2026
61
19:12 / 30 Sentyabr 2026
75
19:01 / 30 Sentyabr 2026
77
18:53 / 30 Sentyabr 2026
94
18:45 / 30 Sentyabr 2026
91
18:29 / 30 Sentyabr 2026
74
18:14 / 30 Sentyabr 2026
105
18:06 / 30 Sentyabr 2026
82
17:49 / 30 Sentyabr 2026
87
17:29 / 30 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.