Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
936
16.05.2023, 20:39
Uzun illərdir ki, sənədsiz evlərlə bağlı problem həll edilməmiş qalır. Ölkə başçısı tərəfindən bu istiqamətdə tapşırıq verilməsinə baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, minlərlə vətəndaş hələ də çıxarış əldə edə bilməyib. Bu gün Bakı və Abşeronda çıxarış verilə bilməyən, 500 mindən çox sənədsiz fərdi yaşayış evləri var ki, bunlar da birbaşa həm dövlət büdcəsini gəlirlərdən, həm də vətəndaşları mülkiyyət hüququndan məhrum edib.
Belə olan təqdirdə insanları düşündürən bir sual yaranır ki, kupçasız, yəni çıxarışı olmayan ev rəsmi qeydiyyata düşməyibsə, kimin mülkiyyətində sayılır?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Referans.az-a danışan Daşınmaz Əmlak Məsələləri üzrə ekspert Elnur Fərəzliyev bildirib ki, Həmin evlər hələ rəsmi qeydiyyata düşmədiyindən heçkimin mülkiyyətində sayılmır və qanunsuz tikili hesab olunur:
“Bu gün Azərbaycanda əsasən də paytaxt Bakı ərazisində 500 mindən artıq çıxarışsız evlər var. Buna həm fərdi həyət evləri, həm də yeni tikili binalardakı çıxarışsız mənzilləri aiddir. Çaxarışsız evlərdə əmlak sahibi dünyasını dəyişdikdən sonra vərəsələr arasında qalmaqal yaranır və iş məhkəməyə getdikdə o əmlakın bölgüsündə ciddi problemlər yaranır, çünki əmlakın mülkiyyət hüququ tanınmır. Yeni tikili binalardakı mənzilləri MTK və MMC satır, onlar vətəndaşın adına olan müqavilə verir. Həmin müqavilə də MTK və MMC rəhbərliyinin öz səlahiyyətində olan bir müqavilədir. Daha sonra isə qərar aidiyyatı dövlət qurumları tərəfindən qəbuldan keçdikdən sonra binaya çıxarış veriləndə vətəndaşlar da öz əmlaklarına çıxarış ala bilirlər. Amma bəzi binalar var ki, uzun illərdir onlara çıxarış verilmir. Bakıətrafı və Abşeron ərazisində, eyni zamanda şəhərin mərkəzi hissələrinə yaxın yerlərdə Yasamal, Sovetski, Alatava və digər sıx yaşayış massivləri var ki, onların yaşı bəlkə də, yüzü ötür. Sadəcə nəyə görəsə bu ərazilərə çıxarış verilmir, çıxarışı olanlar da çox az saydadır”.
Çıxarışsız evlərdə yaşayan vətəndaşların əsas problemlərindən birinin də qeydiyyatla bağlı olduğunu deyən ekspert həmin evdə yaşamaq üçün qeydiyyatdən keçməyin çox çətin bir proses olduğunu qeyd edib:
“Əsas problemlərdən biri də kupçasız evlərdə qeydiyyata düşmək məsələsidir. Belə deyək ki, ailə üzvlərindən biri ailə qurur evlənir, nikaha girir və həyat yoldaşını öz evinə qeydoyyata sala bilmir. Yəni qeydiyyatla bağlı da problemlər yaranır”.
Çıxarışsız evlərlə bağlı ciddi problemlərin olduğunu deyən ekspert bu sahədə görülən işlərə etinatsız yanaşıldığını bildirib. Onun sözlərinə görə, ölkə başçısının bu sahədə ciddi tədbirlərin görülməsini tapşırmağına baxmayaraq hələdə də kupçasız evlər mövzusu böyük bir problem olaraq qalır – deyə Ekspert bildirib.
23:02 / 30 Sentyabr 2026
1
22:17 / 30 Sentyabr 2026
241
22:16 / 30 Sentyabr 2026
60
21:40 / 30 Sentyabr 2026
80
21:12 / 30 Sentyabr 2026
492
21:10 / 30 Sentyabr 2026
61
20:44 / 30 Sentyabr 2026
62
20:38 / 30 Sentyabr 2026
162
20:33 / 30 Sentyabr 2026
64
20:10 / 30 Sentyabr 2026
104
20:10 / 30 Sentyabr 2026
81
19:50 / 30 Sentyabr 2026
76
19:35 / 30 Sentyabr 2026
345
19:26 / 30 Sentyabr 2026
194
19:26 / 30 Sentyabr 2026
82
19:23 / 30 Sentyabr 2026
69
19:21 / 30 Sentyabr 2026
80
19:15 / 30 Sentyabr 2026
73
19:12 / 30 Sentyabr 2026
88
19:01 / 30 Sentyabr 2026
90
18:53 / 30 Sentyabr 2026
124
18:45 / 30 Sentyabr 2026
105
18:29 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.