Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89010
az

Avroviziyanın qalibi bu ölkə oldu - VİDEO

09:3214 May, 2023
286
REDAKTORUN SEÇİMİ
  • A

İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

Oxu24.com  xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.

Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.

Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın olub. Daha öncə o, 2012-ci ildə Bakıda keçirilən müsabiqədə birinci olmuşdu. 

Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.

Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.

Qeyd edək ki, Azərbaycanda müsabiqəni İctimai TV yayımlayıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə ağır qəza: Ölən var
Mərkəzi Bank qərar qəbul edib
Rövşən Rzayev vəfat edib