Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadından gözəllik salonunda şok əməl: Polis dərhal həbs etdi - VİDEO

Bakıda qadından gözəllik salonunda şok əməl: Polis dərhal həbs etdi - VİDEO

REDAKTORUN SEÇİMİ

865

13.05.2023, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb. Həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı, Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.

Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.

Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.