Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88677
az

Dondurulmuş limon görün nəyin dərmanı imiş - RESEPTİN HAZIRLANMASI

21:5109 May, 2023
594
REDAKTORUN SEÇİMİ
  • A

Xalq təbabətində bəzi xəstəliklər zamanı dondurulmuş limondan istifadə olduğunu bilirdiniz? Bəli, qəribə səslənsə də bu həqiqət imiş. Dondsurulmuş limonun adi limondan fərqi nələrdir və kimlərə olmaz?

Limonu niyə dondurmalıyıq? 

Limonun qabığını sevmirik, daha doğrusu, onun lətini yeməyə öyrəşmişik. Şirəsində çox sayda vitamin və faydalı maddə var; bu, danılmazdır. Amma bir məsələ var ki, meyvənin qabığındakı faydalı maddələrin miqdarı şirəsinə nisbətən 10 dəfə çoxdur. 
Limon C vitamini ilə zəngindir.  Lakin limonun özəlliyi təkcə immuniteti gücləndirməyi və soyuqdəymə əleyhinə olmağı deyil. Limonun faydaları bunlardır: 
1.Ürək-damar sisteminin əvəzedilməz dostudur. Limonda kalium var. Bildiyiniz kimi, kalium qanda pis xolesterinin səviyyəsini aşağı salır. Beləcə, damar tıxanıqlığının  qarşısı alınır. 
2. Tərkibindəki limonoid və limon turşusu sayəsində bağırsaqları təmizləyir, toksinlərin xaric edilməsini sürətləndirir. 
3. Limon qanda dəmirin səviyyəsini artırır, yəni, hemoqlobinin miqdarının çoxalmasına xidmət edir. Məhz bu xüsusiyyətinə görə, limon anemiya əleyhinə effektiv vasitə sayılır. 
4. Müxtəlif şişlərin inkişafına qarşı orqanizmin antioksidant müdafiəsini gücləndirir. 
Onkologiyanın profilaktikası və müalicəsi məqsədilə istifadəsi. Alimlər müəyyən edib ki,  limonun tərkibindəki limonoidlər böyük miqdarda qəbul edildikdə, həm xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır, həm də mövcud zədəli hüceyrələri məhv edir.  Tərkibindəki pektin, C vitamini və qlikozidlər  orqanizmin xərçənglə mübarizəsində əlavə “müdafiə xətti” yaradır.  Döş xərçənginin müalicəsində və profilaktikasında rasiona daxil edilməyinin səbəbi budur.  Salatlara, lap elə bir kasa qatığa belə, limon əlavə edə bilərsiniz.  Qeyd edim ki, bu məqamda dondurulmuş limon da təzəsi  ilə eyni dərəcədə faydalıdır. 
Toksinlərin orqanizmdən xaric olunmasını sürətləndirir.  Bağırsaqlarla yanaşı, qaraciyəri və damarları da təmizləyə bilir. Orqanizmində pis xolesterinin səviyyəsi yüksək olan insanlar rasionlarına limon daxil etməklə, həyat keyfiyyətlərinin yaxşılaşmasına nail ola bilərlər.  Bircə onu unutmayın ki, müalicəvi effekt ən çox qabığındadır.
Qanda şəkərin səviyyəsini aşağı salır. Limon çox aşağı qlikemik indeksi olan tək-tük meyvədən biridir. Ona görə də, şəkər xəstələrinin daim limon  istifadə etmələri məsləhətdir.  Limon qanda şəkərin səviyyəsini aşağı salmaqla yanaşı, şəkərin orqanizm tərəfindən mənimsənilməsini nizamlayır.  Çünki insulin istehsalı yağların mənimsənilməsi ilə sıx bağlıdır. Bir sözlə,  xolesterin səviyyəsinə önəmli dərəcədə təsir edən limon orqanizmin insulin və qlükoza balansının tənzimlənməsinə xidmət edir. 
Limon dərinin vəziyyətini yaxşılaşdırır. Donmuş limondan dəri təmizləyən skrab hazırlayırlar. O, həmçinin, antiseptik xüsusiyyətə də malik olur. 

Limonu necə donduraq? 

Əvvəlcə, limonu sodalı su ilə yaxşı-yaxşı yuyun. Suya bir neçə qaşıq soda,  bir az da sirkə əlavə edin, limonu orda isladın. 5 dəq sonra adi su ilə durulayın  və kağız dəsmalla qurulayın. Limonu soyuducunun buzluğuna qoyun, tam donanadək gözləyin. Limon daş kimi bərk olacaq. O zaman limonu sürtgəcdən keçirin. Alınan qarışımı buz qəlibinə doldurun və buzluğa qoyun. Nəticədə, limonlu buz kubları yaranacaq ki,  siz onu içkilərinizə, yeməklərinizə, qatığa, hətta salatlara da  əlavə edə bilərsiniz.  
Dəriyə qulluq üçün limondan 3 cür skrab hazırlanır:
-Ayaq maskası üçün:  ½ stəkan   qəhvəyi şəkər, yarım limonun şirəsini,  2 xörək qaşığı zeytun yağı götürün. Bunları qarışdırın   və ayağınıza sürtün. 
-Üz maskası üçün: limonun ¼-ni 2 çay qaşığı balla və 1 xörək qaşığı qəhvəyi şəkərlə qarışdın. Bu miqdar 4 proseduru yerinə yetirməyə bəs edər.  Maskanı üzə qoyun, 5 dəqiqə sonra üzü ilıq su ilə yuyun.  Növbəti maska üçün 3-4 gün ara verin, sonra yenidən təkrarlayın. 
-Dərini hamarlaşdırmaq və ölmüş hissəcikləri çıxarmaq üçün:  1 xörək qaşığı limon şirəsi,  1 xörək qaşığı bal və  fincanın ¼-i qədər qatıq götürün. Yuyulmuş dəriyə maskanı sürtün, 10 dəq gözləyin.  Sonra üzünüzü ilıq su ilə yuyun. 
Bəs, siz limonu dərman vasitəsi kimi istifadə edirsinizmi? Hər birinizin cavabı mənim üçün maraqlıdır. Şərh bölməlməsində fikirlərinizi gözləyirəm.
Şirniyyatlarda, piroqlarda limondan istifadə geniş yayılıb. Bu, onun dadının özünəməxsusluğundan irəli gəlir. Lakin unutmaq lazım deyil ki, termik emala məruz qalan zaman limon özünün faydalılıq dərəcəsini önəmli dərəcədə itirir.   Bir sözlə, limonu təzə-təzə yesəniz, daha yaxşıdır.  Onu salatlara doğraya bilərsiniz, çərəz kimi yeyə bilərsiniz, yağlı şorbalara şirəsini əlavə edə bilərsiniz... 
Limonun digər meyvələr kimi uzunömürlü olmadığını, yəqin ki, hamınız artıq sınaqdan çıxarmısınız.  Bəs, necə etməliyik ki, limon tez xarab olmasın? Yeganə çıxış yolu dondurmaqdır! Tibbi araşdırmalar zamanı məlum olub ki, dondurulmuş limon xərçəngdən və şəkərli diabetdən əziyyət çəkənlər üçün ən əlçatan vasitədir.

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil