Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
642
07.05.2023, 13:30
Tanınmış plastik-cərrah Türkan Gündüz ötən gecə Novxanı kəndində yerləşən bağ evində qətlə yetirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğundan bildirilib. Məlumata görə, mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.