Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
349
03.05.2023, 18:46
Alman polisi rusiyalı iş adamının 230 milyon dollarlıq lüks yaxtasına basqın edib.
Oxu24.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Həmçinin bildirilir ki, həmin şəxs 2022-ci ilin aprelindən Aİ-nin sanksiya siyahısındadır və “Luna” yaxtası Almaniyanın şimalında dayanır.
Öz növbəsində Mash yazır ki, bu nəqliyyat növü rusiyalı iş adamı Fərhad Əhmədova məxsusdur.
Gəmidə qadağan olunmuş qiymətli əşyaların və dəbdəbəli əşyaların olub-olmadığını öyrənmək üçün Almaniya hökuməti donanma və federal təhlükəsizlik qüvvələrini cəlb edib. Hazırda yaxtada axtarış aparıldığı məlum olub.
Fərhad Əhmədov kimdir?
Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.
Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.
Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq, Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi.
Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.
Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.
Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.
Tərcümə:Miri Məcidli
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.