Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq

REDAKTORUN SEÇİMİ

262

02.05.2023, 10:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.
Bu barədə Oxu24.com Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir. Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib. Miri Məcidli