Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
666
01.05.2023, 22:10
Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.
ACF-dən verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.
Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib:
“Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib”.
Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb:
“Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir”.
Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa zərər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə vurulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib:
“Qadağan olunmuş fəndlərə “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks-hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub”.
Azərbaycan Cüdo Federasiyası azyaşlı vəfatından dərindən kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə baş sağlığı diləyib.
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.