Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
258
01.05.2023, 21:45
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəməsi zamanı zərərçəkmişin hüquqi varisinin ifadələri arasında ziddiyyətlər aşkarlanıb.
Oxu24.com xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova özünün sədrlik etdiyi məhkəmə prosesində elan edib.
Belə ki, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.
Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq münasibətləri olmayıb. Onun sözlərinə görə, Rəşad Dağlı ilə dostluq münasibətləri olub. Qeyd edib ki, onların Rəşad Dağlı ilə düşmənçiliyi də olmayıb.
Daha sonra prokuror Orxan Səmədovun suallarını cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıblar:
"Qardaşım həbsdən yeni çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşdüm. Bilsəydim belə hadisə olacaq evdən getməsinə imkan verməzdim. Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var idi, gedib onu həll edəcəkdilər. Amma söhbətin nədən ibarət olduğunu bilməmişəm. Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olduğunu bilməmişəm. Kiminlə danışacaqdılar, kiminlə görüşəcəkdilər, onu da bilməmişəm".
Daha sonra hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olub. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.