Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib
Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib
Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb.
Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR