Qaynar xətt:

(+99450) 247 90 86

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırıldı - Video

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırıldı - Video

REDAKTORUN SEÇİMİ

366

24.04.2023, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

Bu barədə Oxu24.com-a Azərişıq” ASC-dən deyilib.
 

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.