Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: 8 metrlik quyudan meyit tapıldı

Bakıda dəhşət: 8 metrlik quyudan meyit tapıldı

REDAKTORUN SEÇİMİ

710

21.04.2023, 23:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda su quyusunda meyit aşkarlanıb.

Bu barədə Oxu24.com-a  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.