Qaynar xətt:

(+99450) 247 90 86

Toya gedən FHN-nin 20 əməkdaşı işdən çıxarıldı - General Sevda Şirinovadan əmr

Toya gedən FHN-nin 20 əməkdaşı işdən çıxarıldı - General Sevda Şirinovadan əmr

REDAKTORUN SEÇİMİ

629

21.04.2023, 12:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.

Oxu24.com xəbər  verir  ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.

Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir. 

 

Əldə etdiyimiz məlumata görə, onıarın işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub. 

Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı, də nə də şifahi şəkildə Qaynarinfo-ya cavab verilməyib. Buna baxmayaraq, FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.