Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87532
az

Bədəninizdə Təhlükəli 10 Əlamət - Bunlar Sizdə Varsa DİQQƏT!

23:2420 Aprel, 2023
359
REDAKTORUN SEÇİMİ
  • A

Həyatımız boyunca orqanizmimizə möhtacıq.  Orqanizmin kədərli, ağrılı, üzgün olduğunu sizə anlatmaq üçün özünəməxsus üsulları var.  Bəzi işarətlər var ki, onları mütləq şəkildə nəzərə almalısınız.  Və qeyd edim ki, haqqında danışdığım işarətlər hər hansı problemin xəbərçisi ola bilər.  Bu işarətlərlə rastlaşsanız, həkimə müraciət edin. 

1. Çəhrayı ayaqlar.  Ayaqların normal rəngi bədənin rəngi ilə eynidir. Corablarınızı çıxardığınızda ayaqlarınıza baxın. Çəhrayı rəngdədirlər? Dəriniz nazilib və üzərində  cizgilər əmələ gəlib?  Ayaqlarınızın altı sərtdirmi? Ağrı verirmi? Cavabınız “Hə”dirsə, qanda şəkərin miqdarını ölçmək üçün analiz verə bilərsiniz. Ayaqlarda rəng dəyişməsi və narahatlıq şəkər xəstəliyi kimi, hər hansı metabolik  problemin xəbərçisi ola bilər. Hansı həkimə müraciət etməlisiniz? Endokrinoloq qanda şəkərin miqdarını və hormonların səviyyələrini yoxlayacaq. 
2. Qucaqlaşmağın narahatlıq yaratması. Qucaqlaşmağı hamı sevir. Təbii ki, bərk-bərk bağrına basmaq bəzən narahatlıq yaradır. Heç oldumu ki, biri sizi qucaqlayanda özünüzü sıxılmış hiss edəsiniz? Məsələn; sanki, bütün vücudunuz zəncirlə bağlanıb... Əgər özünüzü belə hiss edirsinizsə, bu, multipl skleroz -MS, başqa deyimlə, dağınıq skleroz xəstəliyinin bir əlaməti ola bilər. Qollarınıza və ayaqlarınıza görünməz, sıxan bir geyim geyindiyiniz hissi də, ayaqlarınızın sıxılması da bunun bir xəbərçisi sayılır. Bu hiss adicə narahatlıq kimi, ötəri də ola bilər, ağrı da yaradar.  Hansı həkimə müraciət etməlisiniz?  MS sinirlərinizə təsir edən xəstəlik olduğundan bir nevroloqa müraciət etməyiniz daha məqsədəuyğundur. 
3. Qaş tökülməsi.  Tarix boyunca bəzi mədəniyyətlərdə incə qaşlar dəb sayılıb. Yenə də, qalın qaşları sevənlər də var.  Amma hərdən elə olur ki, qaşlar öz-özünə seyrəkləşir və tökülməyə başlayır.  Vəziyyət halsızlıq, qəbizlik, depressiya və kökəlmə ilə paralel şəkildə baş verirsə,  hipotireoz əlaməti sayıla bilər. Əgər hamilə qadınlarda bu proses müşahidə edilirsə, demək, vəziyyət daha da təhlükəlidir.  Uşaqda inkişafın ləngiməsinə və müxtəlif qüsurlara səbəb olur. Hansı həkimə müraciət etməlisiniz?   Endokrinoloq tiroid səviyyələrinizi yoxlayacaq. 
4. Şişmiş ayaq barmaqları. Orqanizm haqqında bizə olduqca ətraflı məlumat verən ayaqlara bir daha nəzər salaq. Ayaq barmaqlarınızda şişkinlik və böyümə varsa, barmaqlarınız sosiskaya bənzəyirsə, revmatoloqa və ya dermatoloqa müraciət edin.  Bu, dəridə xəsarətlərə və ağrıya yol açan psoriatik artritin işarəti ola bilər. Hansı həkimə müraciət etməlisiniz?    Revmatoloq və ya dermatoloq sizi müayinə edəcək, lazımi müalicəni təyin edəcək və qısa zamanda əvvəlki həyata qayıdacaqsınız.  Maraqlı məlumat: ayaq barmaqları təkamüldən qalma lazımsız orqanlar kimi təsir bağışlasa da,  yaxın zamanda yox olacaqları barədə düşünmək ağılsızlıqdır. Ayaqdakı sərçə barmaq belə, yeriyərkən, qaçarkən  tarazlığınızı qorumağınıza kömək edir. Barmaqlarımızdan o zaman imtina edərik ki, həyatımız təhlükədə olsun. Təkamülün meydana çıxardıqları faydasız və ya gərəksiz deyil.  Elə olsa, appendisit olmazdı! 
5. İştahın itirilməsi. Pəhriz saxlasaq belə, hamımız yemək yeməliyik. Arıqlamaq istəyənlərə iştahsızlıq bir nemət kimi görünsə də, vəziyyətin əksi ola bilər. Qəfildən iştahınız yox olursa, paralel olaraq, sürətlə arıqlayırsınızsa, metabolik bir xəstəlik haqqında düşünməyə dəyər.  Uzun müddət lazımınca qidalanmamaq və ya hər hansı xəstəlik prosesin qaynağı ola bilər.  İştahın itirilməsi mədə turşusunun  qida borusunadək yüksəlməsindən də xəbər verə bilər. Yaxud qastro-ezofageal reflyuks xəstəliyinin əlaməti kimi dəyərləndirilməlidir. Hansı həkimə müraciət etməlisiniz?     Qastroenteroloqun ixtisas sahəsi qidalanmanın və qidaların, yaxud qida çatışmazlığının  orqanizmə təsirini öyrənməkdir.  Pəhrizə başlamazdan əvvəl, qidalanma mütəxəssisiylə və ya həkimizlə məsləhətləşin. 
6. Dəridə qaşınma.  Hamımız hərdən qaşınırıq və həmin nahiyəni qaşıyanda da çox rahatlayırıq. Qaşınma yaşadığınız ən məmnun hisslərdən biri ola bilir. Amma uzun sürən dəri qaşıntınız varsa,  hansısa problemin əlaməti olması ehtimalı yox deyil. Məsələn; şəkərli diabet kimi.  Qaşınmalar böcək və həşərat dişləmələrindən, yaxud  kimyəvi maddə, keyfiyyətsiz parçalara qarşı allergik reaksiyalardan da qaynaqlana bilər. Bu ehtimallar vəziyyətinizi izah etmirsə, xəstəxanaya yollanın. Hansı həkimə müraciət etməlisiniz?      Endokrinoloq şəkərli diabet ehtimalını nəzərə alıb, qanda şəkərin miqdarını  yoxlayacaq. Qaşıntı qaşımaqla keçməz. Sadəcə, beyninizin diqqətini qaşıntıdan başqa bir yerə yönləndirin. Sent-Luisdəki Vaşinqton Universitetində (Washington University in St. Louis) 2014-cü ildə aparılan bir araşdırma qaşınmanın beyində serotonin ifrazına yol açaraq, qaşıntı hissini artırdığını aşkar etdi.  Və bu araşdırma siçanlar üzərində aparılmışdı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir Kəlbəcərlə bağlı qərar imzalayıb
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı