Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
652
20.04.2023, 23:24
Həyatımız boyunca orqanizmimizə möhtacıq. Orqanizmin kədərli, ağrılı, üzgün olduğunu sizə anlatmaq üçün özünəməxsus üsulları var. Bəzi işarətlər var ki, onları mütləq şəkildə nəzərə almalısınız. Və qeyd edim ki, haqqında danışdığım işarətlər hər hansı problemin xəbərçisi ola bilər. Bu işarətlərlə rastlaşsanız, həkimə müraciət edin.
1. Çəhrayı ayaqlar. Ayaqların normal rəngi bədənin rəngi ilə eynidir. Corablarınızı çıxardığınızda ayaqlarınıza baxın. Çəhrayı rəngdədirlər? Dəriniz nazilib və üzərində cizgilər əmələ gəlib? Ayaqlarınızın altı sərtdirmi? Ağrı verirmi? Cavabınız “Hə”dirsə, qanda şəkərin miqdarını ölçmək üçün analiz verə bilərsiniz. Ayaqlarda rəng dəyişməsi və narahatlıq şəkər xəstəliyi kimi, hər hansı metabolik problemin xəbərçisi ola bilər. Hansı həkimə müraciət etməlisiniz? Endokrinoloq qanda şəkərin miqdarını və hormonların səviyyələrini yoxlayacaq.
2. Qucaqlaşmağın narahatlıq yaratması. Qucaqlaşmağı hamı sevir. Təbii ki, bərk-bərk bağrına basmaq bəzən narahatlıq yaradır. Heç oldumu ki, biri sizi qucaqlayanda özünüzü sıxılmış hiss edəsiniz? Məsələn; sanki, bütün vücudunuz zəncirlə bağlanıb... Əgər özünüzü belə hiss edirsinizsə, bu, multipl skleroz -MS, başqa deyimlə, dağınıq skleroz xəstəliyinin bir əlaməti ola bilər. Qollarınıza və ayaqlarınıza görünməz, sıxan bir geyim geyindiyiniz hissi də, ayaqlarınızın sıxılması da bunun bir xəbərçisi sayılır. Bu hiss adicə narahatlıq kimi, ötəri də ola bilər, ağrı da yaradar. Hansı həkimə müraciət etməlisiniz? MS sinirlərinizə təsir edən xəstəlik olduğundan bir nevroloqa müraciət etməyiniz daha məqsədəuyğundur.
3. Qaş tökülməsi. Tarix boyunca bəzi mədəniyyətlərdə incə qaşlar dəb sayılıb. Yenə də, qalın qaşları sevənlər də var. Amma hərdən elə olur ki, qaşlar öz-özünə seyrəkləşir və tökülməyə başlayır. Vəziyyət halsızlıq, qəbizlik, depressiya və kökəlmə ilə paralel şəkildə baş verirsə, hipotireoz əlaməti sayıla bilər. Əgər hamilə qadınlarda bu proses müşahidə edilirsə, demək, vəziyyət daha da təhlükəlidir. Uşaqda inkişafın ləngiməsinə və müxtəlif qüsurlara səbəb olur. Hansı həkimə müraciət etməlisiniz? Endokrinoloq tiroid səviyyələrinizi yoxlayacaq.
14:28 / 01 Oktyabr 2026
1
14:24 / 01 Oktyabr 2026
21
14:07 / 01 Oktyabr 2026
58
14:05 / 01 Oktyabr 2026
51
13:57 / 01 Oktyabr 2026
56
13:39 / 01 Oktyabr 2026
62
12:48 / 01 Oktyabr 2026
73
12:46 / 01 Oktyabr 2026
63
12:14 / 01 Oktyabr 2026
92
11:44 / 01 Oktyabr 2026
66
11:34 / 01 Oktyabr 2026
87
11:22 / 01 Oktyabr 2026
72
11:12 / 01 Oktyabr 2026
75
10:54 / 01 Oktyabr 2026
74
10:49 / 01 Oktyabr 2026
119
10:43 / 01 Oktyabr 2026
84
10:41 / 01 Oktyabr 2026
605
10:39 / 01 Oktyabr 2026
73
10:31 / 01 Oktyabr 2026
80
10:25 / 01 Oktyabr 2026
87
10:18 / 01 Oktyabr 2026
64
10:09 / 01 Oktyabr 2026
81
10:05 / 01 Oktyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.