Qaynar xətt:

(+99450) 247 90 86

Zirəddin arvadını bıçaqladı

Zirəddin arvadını bıçaqladı

REDAKTORUN SEÇİMİ

787

19.04.2023, 20:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Oxu24.com -un məlumatına görə, rayon sakini olan kişinin keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.


Qadın xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.