Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1033
19.04.2023, 18:44
Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Səbəb Bakı Hərbi Məhkəməsində məhkəmə zallarının geniş olmamasıdır.
Oxu24.com xəbər verir ki, prosesdə zərərçəkənlər ifadə verib.
“Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk eləmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytenant yoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə… Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov – hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər. Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub”.
14:55 / 01 Oktyabr 2026
30
14:53 / 01 Oktyabr 2026
50
14:41 / 01 Oktyabr 2026
52
14:30 / 01 Oktyabr 2026
46
14:28 / 01 Oktyabr 2026
69
14:24 / 01 Oktyabr 2026
57
14:07 / 01 Oktyabr 2026
95
14:05 / 01 Oktyabr 2026
65
13:57 / 01 Oktyabr 2026
69
13:39 / 01 Oktyabr 2026
68
12:48 / 01 Oktyabr 2026
78
12:46 / 01 Oktyabr 2026
66
12:14 / 01 Oktyabr 2026
101
11:44 / 01 Oktyabr 2026
69
11:34 / 01 Oktyabr 2026
94
11:22 / 01 Oktyabr 2026
75
11:12 / 01 Oktyabr 2026
78
10:54 / 01 Oktyabr 2026
80
10:49 / 01 Oktyabr 2026
125
10:43 / 01 Oktyabr 2026
90
10:41 / 01 Oktyabr 2026
645
10:39 / 01 Oktyabr 2026
74
10:31 / 01 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.