Qaynar xətt:

(+99450) 247 90 86

Arzu Rəhimovun yerinə gələn Mürsəl İbrahimov KİMDİR? - DOSYE

Arzu Rəhimovun yerinə gələn Mürsəl İbrahimov KİMDİR? - DOSYE

REDAKTORUN SEÇİMİ

524

17.04.2023, 13:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Oxu24.com  xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimovun uzun müddət keçmiş MTN-də çalışdığı bildirilir.

2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.