Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87126
az

Tovuzda biabırçılıq:Azyaşlı qızlar gecə klubunda görün nə edir - VİDEO

10:0116 Aprel, 2023
917
REDAKTORUN SEÇİMİ
  • A

Tovuzun Aşağı Quşçu kəndinin sakinləri yaşaış məntəqəsindəki gecə klublarının onlara narahatlıq törətdiyini deyir. Camaat, xüsusilə axşam saatlarından sonra işə başlayan iaşə müəssisələrinin fəaliyyətindən şikayətçidir... 
Aşağı Quşçu camaatı indiyədək bu kənddə heç vaxt ağlına gətirmədiyi vəziyyətlə üz-üzə qalıb.
Nəinki gecələri səs-küydən yata bilməmək, hətta kəndlilərin kafeləri əxlaqsızlıq yuvası adlandırması bir yana, valideynləri bundan daha çox narahat edən başqa bir problem yaradır buradakı gecə klubları.
Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər. 
Aşağı Quşçunun yeniyetmə və gəncləri valideynləri bilməsin deyə, kənddəki iaşə obyektlərinə getməsələr də, yaxınlıqdakı belə məkanları, necə deyərlər, tez-tez “ziyarət edir”... 
Indiyədək bir çox ünvana yazılı şəkildə müraciət etdiklərini deyən kəndlilər hələ də kiminsə onlara cavab verəcəyinə ümid bəsləyir..
Sakinlər gecə klublarından birinin, DİNİ  Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri işləyən həmkəndliləri Rasim Nağı oğlu Tağıyevə məxsus olduğunu deyir. Qarşı tərəfin münasibətini öyrənmək istəyimizə, nəinki, Vətən müharibəsi iştirakçısı olduğunu deyən və həmin kafelərdən birini işlədən Samir Məmmədovun kameramıza əl atmqla verdiyi cavab, özünü Nağı Tağıyevin qardaşları kimi təqdim edən Zöhrab və Mətləb Tağıyevlərin reaksiyası kəndlilərin nə qədər haqlı olduğuna işıq saldı: 
Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. 
Çəkiliş qrupu ilə birgə polis şöbəsinə dəvət olunan Zöhrab və Mətləb Tağıyev qardaşları, özünü vətən müharibəsinin iştirakçısı kimi təqdim edən Samir Məmmədov jrunalistlərlə barışığa nail olmağa çalışıb... Amma necə deyərlər, iş-işdən keçmişdi... 
Məsələ ilə bağlı Tovuz rayon polis şöbəsində araşdırma başlanılıb.

Ümid edək ki, Aşağı Quşçunun ərşə çəkilən yuxusu bundan sonra pozulmayacaq... 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?  
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı