Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2347
15.04.2023, 22:14
“Ermənilər bir daha öz zəifliklərini göstərdilər, bizimlə idman meydanında rəqabət aparmaqdan qorxdular”.
Oxu24.com xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
İdmançı bildirib ki, İrəvandakı yarışa həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi hazırlaşmışdılar:
“Təəssüf ki, açılış mərasimində bayrağımıza qarşı təxribat oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də açılış mərasimində idi. Buna baxmayaraq, təxribat törətdilər. Özlərini bütün dünyaya rüsvay elədilər”.
O, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında ermənilərin iştirak etdiklərini də xatırladıb: “Onlar əsl qonaqpərvərliklə qarşılanmışdılar. İstənilən halda İrəvandan qalib dövlətin qalib idmançıları kimi qayıtdıq. Bizə dəstək nümayiş etdirdiyi üçün cənab prezidentimizə, birinci vitse-prezidentimizə və xalqımıza təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
Miri Məcidli
19:59 / 02 Oktyabr 2026
3
19:57 / 02 Oktyabr 2026
80
19:47 / 02 Oktyabr 2026
46
19:39 / 02 Oktyabr 2026
65
19:36 / 02 Oktyabr 2026
53
19:29 / 02 Oktyabr 2026
62
19:27 / 02 Oktyabr 2026
57
19:22 / 02 Oktyabr 2026
50
19:08 / 02 Oktyabr 2026
111
19:00 / 02 Oktyabr 2026
57
18:59 / 02 Oktyabr 2026
79
18:42 / 02 Oktyabr 2026
56
18:39 / 02 Oktyabr 2026
73
18:36 / 02 Oktyabr 2026
61
18:25 / 02 Oktyabr 2026
107
18:10 / 02 Oktyabr 2026
154
18:10 / 02 Oktyabr 2026
561
17:59 / 02 Oktyabr 2026
66
17:57 / 02 Oktyabr 2026
82
17:50 / 02 Oktyabr 2026
99
17:36 / 02 Oktyabr 2026
71
17:05 / 02 Oktyabr 2026
625
16:56 / 02 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.