Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
731
15.04.2023, 16:48
Bakıda 49 min dollar (83300 manat) pulu Heydər Əliyev Adına Hava Limanından çıxarmaq istəyən iş adamı, kazino rəhbəri saxlanılıb.
Oxu24.com-un Qaynarinfo-ya istinadən məlumatına görə, saxlanılan şəxs isə türk iş adamı, Batumidə yerləşən "Lion Slot Casino” otel və kazinolarının sahiblərindən biri olan Yavuz Kadirindir.
Yavuz Kadirin izahatında bildirib ki, Zəfər yolu və Şuşadakı tunelin çəkilişi ilə məşğul olan Fukan adlı tanışının ona borcu olduğu üçün Bakıya gəlib. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdi 5 min dollar puldan 1000 dolları manata çevirib.
Fukanın Bakıdakı evində bir neçə gün qaldıqdan borcdan 45000 dolları alıb və İzmirə qayıtmaq üçün Hava Limanına gedib. Aeroporta gedərkən 39000 dolları çantasına yerləşdirib, 10000 dolları isə şalvarının ciblərinə qoyub.
Yavuz Kadirin göstərilən məbləği bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan qanunlarını bilmədiyini deyib və buna görə də özünü təqsirli bilməyib.
Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilib və onu cinayət predmetinin dəyərinin (39 000 dollar - 66300 manat) 60 faizi qədər - 39780 manat miqdarında cərimə edib.
Həmçinin qərar verilib ki, hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Yavuz Kadirin ölkə hüdudlarından kənara məcburi çıxarılsın.

20:10 / 02 Oktyabr 2026
11
19:59 / 02 Oktyabr 2026
30
19:57 / 02 Oktyabr 2026
103
19:47 / 02 Oktyabr 2026
54
19:39 / 02 Oktyabr 2026
73
19:36 / 02 Oktyabr 2026
65
19:29 / 02 Oktyabr 2026
65
19:27 / 02 Oktyabr 2026
59
19:22 / 02 Oktyabr 2026
52
19:08 / 02 Oktyabr 2026
113
19:00 / 02 Oktyabr 2026
61
18:59 / 02 Oktyabr 2026
81
18:42 / 02 Oktyabr 2026
60
18:39 / 02 Oktyabr 2026
74
18:36 / 02 Oktyabr 2026
62
18:25 / 02 Oktyabr 2026
112
18:10 / 02 Oktyabr 2026
158
18:10 / 02 Oktyabr 2026
577
17:59 / 02 Oktyabr 2026
67
17:57 / 02 Oktyabr 2026
85
17:50 / 02 Oktyabr 2026
101
17:36 / 02 Oktyabr 2026
71
17:05 / 02 Oktyabr 2026
709
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.