Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86536
az

Bakıda yeni metro görün harada və nə vaxt açıqlacaq  - VİDEO

23:2810 Aprel, 2023
532
  • A
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
 
Oxu24.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.
 
 
Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
 
İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
 
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
 
Daha ətraflı videomaterialda:
 
Oxu24.com

ŞƏRHLƏR