Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə öldürülən qadın görün kimdir

Bərdədə öldürülən qadın görün kimdir

REDAKTORUN SEÇİMİ

1070

30.03.2023, 08:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Martın 30-u saat 00:15-də radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Bərdə rayon prokurorluğundan məlumat verilib. İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbarovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.