Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır qəza: 9 maşın əzildi

Bakıda ağır qəza: 9 maşın əzildi

REDAKTORUN SEÇİMİ

523

28.03.2023, 08:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib.

Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb.

Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.