Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85610
az

Barmaqları şaqqıldatmaq təhlükəlidirmi (VİDEO)

16:4026 Mart, 2023
100
REDAKTORUN SEÇİMİ
  • A

Barmaqları şaqqıldatmaq təhlükəlidirmi?
 

Çoxları gün ərzində azı 10 dəfə barmaqlarını "qırır" şaqqıldadır. Bir çoxunuz üçün bu artıq vərdişə çevrilib.

Nəhayət alimlər barmaq şaqqıldatmağın insana zərəri olub olmadığını aydınlaşdırdılar ABŞ-ın Deviş ştatında Kliforniya  Universitetinin  Tibb mərkəzinin  alimləri öz qarşılarına məqsəd qoyublar: barmaq şaqqıldatmaq oynaqlara hansı effekti verir, onu araşdırsınlar. Axı bir çoxları elə düşünür ki, bu ziyanlı hərəkətdir.
Bəs əslində oynaqda nə baş verir?
Lori dildə desək, oynaq - ətrafında  oynaq mayesi ilə dolu olan torbacıqlı iki sümüyün birləşməsidir. Bu mayenin içində ərimiş halda Oksigen, nitrogen və Karbon-di-oksid qazları olur.
Biz barmaqlarımızı şaqqıldadarkən  sümüklər arasında məsafə genişlənir. Yaranan boşluğu doldurmaq üçün oynaq mayesi kifayət eləmir. Bu səbəbdən içəridə təzyiq düşür və qazla dolu köpük yaranır. Bizim eşitdiyimiz səs isə həmin qaz qabarcıqlarının partlamasının səsidir.
 
Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir, maye daha da genişlənir və oynaq yerlərinin hərəkət qabiliyyətini artırır. Eyni barmağınızı eyni anda təkrar şaqqıldada bilməzsiniz. Bir müddət gözləməyiniz lazımdır, çünki qaz qabarcıqlarının maye içərisində təkrar meydana gəlməsi bir az vaxt tələb edir.

Radioloq Robert Butin  və cərrah Robert  Szebo 40 nəfər üzərində apardığı təcrübənin nəticələrini yayımlayıb. İştirakçılardan 10-nu heç vaxt bu işlə məşğul olmur, 30-u isə barmaq şaqqıldatmağı vərdiş halına çevirən şəxslər olur.
 
Məlum olub ki, şaqqıldatmadan sonra  oynaqda onun hərəkət amplitudası genişlənir, idman hərəkəti effekti yaradır. Ehtimal ki, bu oynaq  xəstəlikləri üçün yaxşı profilaktikadır, ancaq bu məsələ hələ dərindən araşdırılmalıdır.
 
Həmiçinin o da məlum olub ki, barmaq şaqqıldatmağı sevənlər, ödem, artrit və digər oynaq xəstəliklərindən əziyyət çəkmir.
Bu hərəkətin müsbətlərinə baxmayaraq, onu da nəzərə almaq lazımdır ki, barmaq şaqqıldatmaq nevroz əlaməti ola bilər.
Bir də barmaq şaqqıldatmağın səsi adətən ətrafdakılara pis təsir edir.
 
Onu da qeyd edək ki, bir çox insan barmaq şaqqıldatmağın yaşlandıqda əlin - barmaqların titrəməsinə səbəb olacağı haqda səhv məlumata sahibdir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR
Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi