Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
659
24.03.2023, 11:19
Çoxlarımızın ildə 1 dəfə bayram vaxtı aldığı iydə meyvəsinin əslində bir çox xəstəlikləri sağaltdığını bilirdiz? İydə immuniteti gücləndirir, orqanizmi toksinlərdən təmizləyir, mineral deposu olduğu üçün bizi xəstəliklərdən qorunmağa kömək edir. Bu gün sizə bəzi xəstəliklər zamanı iydənin istrifadə olunma qaydaları haqda danışacam.
İmmuniteti gücləndirməsi, böyrək xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırması, xərçəngli hüceyrələrin daha böyük nahiyəyə yayılmasının qarşısını alması iydənin tibbi məqsədlə istifadə edilmə səbəblərindəndir. Yəni bu bitki əsl dərmandır
İydənin faydaları bunlardır:
Ağız boşluğu və dişlərin sağlamlığını qoruyur;
İydənin müalicəvi təsir etdiyi xəstəliklər bunlardır:
-Ağız boşluğu, diş və diş əti xəstəlikləri;
-İshal;
-Qaraciyər yağlanması;
-Sidik yolları və böyrək xəstəlikləri;
-Eqzema;
-Xərçəngin qarşısını alır, xərçəngli hüceyrələrin yayılmasına imkan vermir;
-Mədə problemləri;
-Şəkərli diabet;
-Qrip, sətəlcəm;
-Xroniki və allergik öskürək;
-Xolesterol səviyyəsində pozğunluqlar;
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, gün ərzində yeyilən ən ideal iydə miqdarı “bir ovuc”dur. Yetişmiş iydələr yeyilir, iydə ağacının çiçəklərindən çay dəmlənir, yarpaqları suda qaynadılır, süzüldükdən sonra bu su içilir. Gözəl ətri ilə zehin açıqlığı yaradan iydənin meyvəsini qabıqlı şəkildə yemək olmaz. Yəni, meyvənin qabığı soyulmalı, içinin ləti yeyilməlidir.
İydə metabolizmanı sürətləndirir, yağların yandırılmasını asanlaşdırır. Buna görə də, iydəni arıqlamaq üçün hazırlanan pəhriz proqramlarına daxil etmək mümkündür.
İydə çayının hazırlanması:
Meyvənin həm təzəsi, həm də qurusu ilə çay hazırlamaq olar. 5-6 ədəd təzə, yaxud quru iydə götürün. Hər meyvə dənəsi üçün 1 stəkan su götürün və qaynadın. Su qaynayanadək iydələrin qabığını soyun. Qaynayan suya iydələri əlavə edin və 5 dəqiqə qaynadın. Sonra ağzını örtün, 10 dəq gözlədin. İçilmək üçün hazırdır.
00:24 / 03 Oktyabr 2026
127
23:52 / 02 Oktyabr 2026
98
23:39 / 02 Oktyabr 2026
85
23:31 / 02 Oktyabr 2026
405
23:27 / 02 Oktyabr 2026
92
23:24 / 02 Oktyabr 2026
103
23:22 / 02 Oktyabr 2026
84
23:15 / 02 Oktyabr 2026
95
23:09 / 02 Oktyabr 2026
96
22:57 / 02 Oktyabr 2026
302
22:52 / 02 Oktyabr 2026
80
22:37 / 02 Oktyabr 2026
94
22:28 / 02 Oktyabr 2026
115
22:27 / 02 Oktyabr 2026
81
22:25 / 02 Oktyabr 2026
272
22:23 / 02 Oktyabr 2026
95
22:14 / 02 Oktyabr 2026
93
22:09 / 02 Oktyabr 2026
82
21:56 / 02 Oktyabr 2026
114
21:55 / 02 Oktyabr 2026
1205
21:54 / 02 Oktyabr 2026
95
21:52 / 02 Oktyabr 2026
86
21:43 / 02 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.