Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Zəkidən xəbər var

Mehriban Zəkidən xəbər var

REDAKTORUN SEÇİMİ

606

23.03.2023, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb.

Bu barədə APA-ya aktrisanın yaxınları məlumat verib.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.

Axşam saatlarında TƏBİB-in yaydığı məlumata əsasən, Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.