Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Zəki və Dilarə Əliyevanın vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

Mehriban Zəki və Dilarə Əliyevanın vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

941

22.03.2023, 20:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

 

Bu barədə Oxu24.com-a TƏBİB-dən verilib.

 

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

 

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş.

 

Faktla bağlı araşdırma aparılır.