Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85236
az

Dünyanın ən böyük ölkəsində əsgərləri basdırmağa yer tapılmır - VİDEO

12:3022 Mart, 2023
204
REDAKTORUN SEÇİMİ
  • A

Vaqner qrupunun öldürülən əsgərlərinin Bakinskaya kəndində dəfn edilməsi yerli sakinlərin və bölgə rəhbərliyinin narazılığına səbəb olub. 

Belə ki, Ukraynada öldürülən vaqnerçilər və digər muzdlular Krasnodar vilayətinin “Qoryaçiy Klyuç” şəhərinin  yaxınlığındakı Bakinskaya kəndində dəfn edilməyə başlanılıb. Yerli media xəbər verir ki, kənd qəbiristanlığında yer olmadığına görə, yeni dəfnlər qəbiris¬tanlığın ərazisində kənarda həyata keçirilir. Həmin yerlərin isə bir hissəsi yerli əhaliyə, bir hissəsi isə turizm şirkətinə məxsusdur. Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin vəziyyətlə bağlı qrupun teleqram kanalında səs paylaşıb və o, ərazi rəhbərliyini hədələyərək dəfnə mane olunacaqsa, buna qarşı tədbirlərin görüləcəyini bildirib. 

Sitat: Qoryaçiy Klyuç administrasiyası silahdaşlarımızı dəfn etməyimizə mane olarsa, müvafiq tədbirlər görəcəyik. Dünyanın ən böyük ölkəsi olan Rusiya ərazisində əsgərlərin dəfni üçün "iki metr" yer yoxdursa və bunda hansısa məmurların maraqları qorunursa, bundan sonra xalqın başına nə gələcək?” Sitatın sonu

Priqojin həmçinin Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və baş prokuror İqor Krasnova məktub yazaraq vaqnerçilərin dəfn etməkdən imtina edən məmurların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. 

“Qoryaçiy Klyuç” adminiustrastiyasının rəhbəri Sergey Belopolski də “Telegram” kanalında Priqojinin sualını cavablandırıb. 

Sitat: “Vaqner döyüşçülərinin xatirəsinə hörmətlə yanaşıram! Amma mən ictimaiyyətin fikrinə qulaq asmaya bilmirəm. Onlar deyirlər ki, kurort şəhəri Qoryaçiy Klyuçu döyüşçülərin kütləvi məzarlığı yerinə çevirmək düzgün deyil. Bölgədə əsgərlərin dəfn edilməsi üçün daha əlverişli yerlər var.” Sitatın sonu

“Kavkaz.Realii”nin araşdırımasına görə, dəfn olunanların çoxu ağır cinayətlərə görə ömürlük və uzunmüddətli məhkum edilənlərdir. Onlar cəzalarını ciddi rejimli koloniyalarda çəkmək əvəzinə, qonşu ölkəyə qarşı müharibəyə göndəriliblər. İctimai fəal Vitali Votanovskinin məlumatına görə, kənd qəbiristanlığında hazırda 400-dən çox məzar var və onların 1/3-nin kimliyi qeyd olunmayıb. 

Yerli medianın xəbərinə görə, Rusiyanın Ukraynada bir neçə məğlubiyyətindən sonra məhbusların orduya cəlb etməsinə başlanılıb və yeni şərtlərə görə, bəzi məhkumlar altı ayını cəbhə xəttində keçirməlidirlər. Altı aydan sonra sağ qalanlara əfv vədi verilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 5-6-da...

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...