Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
394
22.03.2023, 12:30
Vaqner qrupunun öldürülən əsgərlərinin Bakinskaya kəndində dəfn edilməsi yerli sakinlərin və bölgə rəhbərliyinin narazılığına səbəb olub.
Belə ki, Ukraynada öldürülən vaqnerçilər və digər muzdlular Krasnodar vilayətinin “Qoryaçiy Klyuç” şəhərinin yaxınlığındakı Bakinskaya kəndində dəfn edilməyə başlanılıb. Yerli media xəbər verir ki, kənd qəbiristanlığında yer olmadığına görə, yeni dəfnlər qəbiris¬tanlığın ərazisində kənarda həyata keçirilir. Həmin yerlərin isə bir hissəsi yerli əhaliyə, bir hissəsi isə turizm şirkətinə məxsusdur. Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin vəziyyətlə bağlı qrupun teleqram kanalında səs paylaşıb və o, ərazi rəhbərliyini hədələyərək dəfnə mane olunacaqsa, buna qarşı tədbirlərin görüləcəyini bildirib.
Sitat: Qoryaçiy Klyuç administrasiyası silahdaşlarımızı dəfn etməyimizə mane olarsa, müvafiq tədbirlər görəcəyik. Dünyanın ən böyük ölkəsi olan Rusiya ərazisində əsgərlərin dəfni üçün "iki metr" yer yoxdursa və bunda hansısa məmurların maraqları qorunursa, bundan sonra xalqın başına nə gələcək?” Sitatın sonu
Priqojin həmçinin Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və baş prokuror İqor Krasnova məktub yazaraq vaqnerçilərin dəfn etməkdən imtina edən məmurların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
“Qoryaçiy Klyuç” adminiustrastiyasının rəhbəri Sergey Belopolski də “Telegram” kanalında Priqojinin sualını cavablandırıb.
Sitat: “Vaqner döyüşçülərinin xatirəsinə hörmətlə yanaşıram! Amma mən ictimaiyyətin fikrinə qulaq asmaya bilmirəm. Onlar deyirlər ki, kurort şəhəri Qoryaçiy Klyuçu döyüşçülərin kütləvi məzarlığı yerinə çevirmək düzgün deyil. Bölgədə əsgərlərin dəfn edilməsi üçün daha əlverişli yerlər var.” Sitatın sonu
“Kavkaz.Realii”nin araşdırımasına görə, dəfn olunanların çoxu ağır cinayətlərə görə ömürlük və uzunmüddətli məhkum edilənlərdir. Onlar cəzalarını ciddi rejimli koloniyalarda çəkmək əvəzinə, qonşu ölkəyə qarşı müharibəyə göndəriliblər. İctimai fəal Vitali Votanovskinin məlumatına görə, kənd qəbiristanlığında hazırda 400-dən çox məzar var və onların 1/3-nin kimliyi qeyd olunmayıb.
Yerli medianın xəbərinə görə, Rusiyanın Ukraynada bir neçə məğlubiyyətindən sonra məhbusların orduya cəlb etməsinə başlanılıb və yeni şərtlərə görə, bəzi məhkumlar altı ayını cəbhə xəttində keçirməlidirlər. Altı aydan sonra sağ qalanlara əfv vədi verilir.
11:19 / 03 Oktyabr 2026
1
11:14 / 03 Oktyabr 2026
17
11:10 / 03 Oktyabr 2026
17
11:07 / 03 Oktyabr 2026
26
10:59 / 03 Oktyabr 2026
33
10:55 / 03 Oktyabr 2026
35
10:50 / 03 Oktyabr 2026
43
10:34 / 03 Oktyabr 2026
56
10:30 / 03 Oktyabr 2026
51
10:26 / 03 Oktyabr 2026
344
10:20 / 03 Oktyabr 2026
169
10:18 / 03 Oktyabr 2026
50
10:13 / 03 Oktyabr 2026
334
10:11 / 03 Oktyabr 2026
49
10:07 / 03 Oktyabr 2026
53
09:45 / 03 Oktyabr 2026
57
09:18 / 03 Oktyabr 2026
150
09:15 / 03 Oktyabr 2026
71
09:13 / 03 Oktyabr 2026
58
08:28 / 03 Oktyabr 2026
229
00:24 / 03 Oktyabr 2026
151
23:52 / 02 Oktyabr 2026
126
23:39 / 02 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.