Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda küçədə dəhşətli anlar: Qadını...

Bakıda küçədə dəhşətli anlar: Qadını...

REDAKTORUN SEÇİMİ

899

17.03.2023, 10:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda maskalı şəxs qadına zor tətbiq edib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 16-da paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.