Qaynar xətt:

(+99450) 247 90 86

Təzə bəylə gəlinin oteldə meyiti tapıldı  (VİDEO)

Təzə bəylə gəlinin oteldə meyiti tapıldı  (VİDEO)

REDAKTORUN SEÇİMİ

881

14.03.2023, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oteldə bal ayı keçirən cütlük otel işçiləri tərəfindən ölü tapılıb.

Oxu24.com Türkiyə mediasına  istinadən  xəbər  verir  ki, hadisə  Nevşehirin Ürgüp mahalının Ortahisar qəsəbəsindəki oteldə baş verib.

Həftə sonu otelə daxil olan cütlükdən xəbər ala bilməyən otel əməkdaşları  otağın telefonuna zəng edib. Telefona cavab verən olmdığını  görən   otel işçiləri qapını açanda M.A. və K.A-nı hərəkətsiz vəziyyətdə tapıb. Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə jandarma və sağlamlıq qrupları göndərilib.

Otelə gələn qruplar yeni evlənən cütlüyün həyatını itirdiyini müəyyən edib. Cütlüyün cəsədləri yarılma üçün Ürgüp Dövlət Xəstəxanası meyitxanasına aparılıb.

 

Tərcümə:Aynurə Məcidova