Baş Prokurorluq Tovuzda hoteldə qızın ölməsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş məlumatlar ictimailəşdirilib:
"Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilir.
Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası qanununa görə, mediada dərc olunan informasiyalarda fakt və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Qeyd olunan hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı vaxtadək istintaq orqanına təqdim olunmayıb.
Faktla bağlı rayon prokorluğunda araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən məlumatların dərc edilməməsi xahiş olunur".
Oxu24.com
ŞƏRHLƏR