Qaynar xətt:

(+99450) 247 90 86

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

REDAKTORUN SEÇİMİ

450

11.03.2023, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.