Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2146
10.03.2023, 18:30
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışamanın kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə görə baş verdiyi iddia edilib. "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də alınmayıb.
32gun.az hadisənin səbəbkarı olan Nicat Lənkəranski ilə bağlı foto əldə edib. Belə ki, N.Lənkəranski “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə öldürülən idmançı Zaur Yusifovla yaxın dost imiş.
Birlikdə çəkilmiş fotoda onların səmimiyyəti aydın görünür.
Xatırladaq ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülmüşdü. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılmışdı. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət vermiş, Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilmişdi. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.
2022-ci ilin martın 14-də isə “Emin 444”ün xalası oğlu Samir Şirəliyev qisas almaq məqsədi ilə idmançını marketdə odlu silahdan atəş açaraq qəsdən öldürmüşdü.

11:08 / 04 Oktyabr 2026
18
10:49 / 04 Oktyabr 2026
36
10:22 / 04 Oktyabr 2026
150
10:20 / 04 Oktyabr 2026
44
09:49 / 04 Oktyabr 2026
49
03:58 / 04 Oktyabr 2026
114
00:16 / 04 Oktyabr 2026
147
23:56 / 03 Oktyabr 2026
86
23:26 / 03 Oktyabr 2026
89
22:53 / 03 Oktyabr 2026
106
22:48 / 03 Oktyabr 2026
88
22:41 / 03 Oktyabr 2026
114
22:29 / 03 Oktyabr 2026
106
22:13 / 03 Oktyabr 2026
247
22:08 / 03 Oktyabr 2026
140
21:24 / 03 Oktyabr 2026
98
21:09 / 03 Oktyabr 2026
125
20:57 / 03 Oktyabr 2026
163
20:51 / 03 Oktyabr 2026
111
20:38 / 03 Oktyabr 2026
129
20:27 / 03 Oktyabr 2026
733
20:14 / 03 Oktyabr 2026
115
20:03 / 03 Oktyabr 2026
590
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.