Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84082
az

Heyva Tumunu Zibilə Atmayın - 90% İnsan Bu Faydasını Bilmir

17:4708 Mart, 2023
766
REDAKTORUN SEÇİMİ
  • A

Qədim tibbdə heyvadan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Onu qabığı, tumu hətta yarpaqlarından hazırlanan məlhəmlər insanlara şəfa olub. 

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun, cöpünün dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffus orqanlarının, böyrək ağrılarının müalicəsinə cox yaxşı təsir edir. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. O, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Heyvadan öskürək zamanı çox istifadə olunur. Öskürəyi kəsmək üçün heyva ilə hazırlanan 3 resepti təqdim edirik:

Resept1.

1 ədəd heyvanın tumu 1 stəkan otaq temperaturunda olan su ilə qarışdırılır, 1 gün gözlənilir jele kimi olanda süzülür, yeməkdən əvvəl gündə 3 dəfə hər dəfə 2-3 xörək qaşığı içilir.

Resept 2.

1 ədəd heyva tumunu 1 stəkan süddə 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.

Resept3.

1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır.

Təqdim etdiyimiz 3 resept öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir. Həmçinin Heyva tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.

Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.
Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər. 
Susuzluq: Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.
Ürək: Heyvanın özü, kompotu və tumu, bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır.  Müntəzəm heyva qəbul edən insanlarda ürək problemləri və xəstəlikləri nadir hallarda yaranır. A və B vitaminləri ilə zəngin olan heyva qış fəslinin əvəzolunmaz meyvələrindəndir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.


Heyvanın bilmədiyiniz digər faydaları:
– Mədə və bağırsaqları gücləndirir.
– İshalı kəsməkdə təsirlidir.
– Qara ciyərin fəaliyyətini yaxşılaşdırır.
– Qanı təmizləyir.
– Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.
– Öskürməyə faydalıdır.
– Dərini təmizləyir, dırnaqları bərkidir.
– Varikozun qarşısını alır.

Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.


Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.
Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.

Heyva tumundan dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd tumu çıxarıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Alınan jeleni 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Bu maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.

Bir sözlə, kalorisi az olan meyvənin faydalarını saymaqla bitmir. Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idi. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda faciə: Ölən var
Səhiyyə Nazirliyində tutulan qadın kimdir? - YENİ DETALLAR
Bu sahədə çalışanların da maaşı artırılacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi