Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
858
08.03.2023, 10:25
İltihab orqanizmin mikrobları, zərərli maddələri və ölü hüceyrələri yox etmək üçün istifadə etdiyi “müdafiə mexanizmi”dir.
Bakteriya və virusların səbəb olduğu infeksiyalar, kimyəvi maddələr, orqanizmə daxil olan cisimlər iltihablanmanın qaynaqları sırasındadır. Sürətlə başlayan və qısa müddətdə yox olan iltihab “kəskin”, az-az irəliləyən, uzun müddət davam edən iltihab isə “xroniki” deyə dəyərləndirilir. Qızarma, şişmə, ağrı, qızdırma, nahiyədə funksiyanın pozulması iltihabın əsas əlamətləridir. İltihabın səbəbi infeksiyadırsa, antibiotik və antifunqal dərmanlar, mazlar istifadə edilir. Əgər iltihab uzunmüddətlidirsə, iltihab əleyhinə dərmanlara müraciət edilməlidir. Bu istiqamətdə alternativ tibbin də faydasını danmaq olmaz.
İltihab nədən yaranır?
Kəskin və ya xroniki iltihablanmanın səbəbləri çoxdur. Bakteriya, virus, göbələk, kimyəvi maddələr, avtoimmun xəstəliklər bu səbəblərdən bir neçəsidir. Dəridəki sıyrıqlar, cızıqlar, barmağa tikan batması kimi, adi görünən hallar da, iltihablanmaya gətirib çıxara bilir.
Gördüyünüz kimi, irəliləyən iltihab orqanizmin çox yerində narahatlıqlar yaradır.
Qanda iltihablanma nədən yaranır?
Orqanizmdə dövr edən mayenin adı “qan”dır. Qana bakterial maddələr, yaxud viruslar daxil olduqda, qanda iltihablanma meydana gəlir. Bunun da öz səbəbləri var:
1) Mövsümi və ya bəzi qidaların qəbulu; İltihablanma irəliləmişsə, onun zamanla öz-özünə azalacağına ümid etmək olmaz. Tibbi müalicə labüddür.
2) Yoluxucu xəstəliklər; Bəli, qanda iltihablanma insandan insana keçən xəstəliklər səbəbilə də meydana çıxır.
3) İntizamsız yemək vərdişi və gərgin fiziki iş;
Qanda iltihablanmın olduğunu göstərən əlamətlər:
-qızdırma;
-ürəkbulanma və qusma;
-halsızlıq və zəiflik;
-ishal;
-bədən temperaturunun anidən dəyişməsi səbəbiylə soyuqdəymə;
Bütün bunlar da, öz növbəsində, “zəncirvari reaksiya”nı davam etdirir:
bədəndə daşlaşma prosesi başlayır;
xərçəngə “dəvətnamə” çıxır;
bağırsaqda iltihablanma yaranır;
oynaq xəstəlikləri meydana çıxır;
Çox adam prosesi sepsis ilə qarışdırır. Ona görə də, sepsis haqda qısa məlumat vermək istəyirəm. “Sepsis” yunan sözü olub, mənası “çürümə” deməkdir. Qədim yunanlar iltihablanma zamanı qanın çürüdüyünü düşünürdülər. Onlar üçün istənilən irinli yara “sepsis” idi. Tibbi baxımından isə sepsis`i belə izah etmək olar: mikroorqanizmlər və onların toksinlərinin törətdiyi infeksiyaya qarşı bədənin adekvat cavab reaksiyası. Yəni, sepsis iltihablanmanı başladır, iltihablanma da qanda laxtalanmanı. Bu da, oksigenin həyati orqanlara çatmasına mane olur. Böyrək və ürək çatışmazlığının əsas səbəbləri sırasında bu iki orqanın oksigensiz qalması da var. Diaqnoz erkən qoyulmasa, septik şok qaçınılmaz olur. Ona görə də, əlamətlərə biganə yanaşmayın, vaxtında həkimə müraciət edin.
“İltihablanma” diaqnozu qoyulan insanların müalicəsi aparılır. Bu əsnada, təzyiqi normada saxlamaq üçün dərmanlar, antibiotiklər, qanda şəkəri nizamlayan dərmanlarla yanaşı, iltihab əleyhinə vasitə sayılan bitkilərdən də istifadə edilir.
Bəs, hansı təbii qidalar sayəsində orqanizmdəki iltihablanmadan yaxa qurtara bilərsiniz?
1. Reyhan. İltihaba qarşı mübarizə aparan bitkilərdən biri reyhandır. Bitkiyə xüsusi dadı və qoxunu verən maddə eugenol`dur. Reyhanı rasiona daxil etmək orqanizmin iltihablanmaya qarşı güclənməsini təmin etməkdir.
2. Qoz. Aparılan araşdırmalara görə, gündə 50 qr qoz yeyən insanın bədənindəki mövcud iltihablanma anbaan azalır.
3. Gicitkən. Orqanizmdəki toksinlərin böyrəklər tərəfindən atılmasını sürətləndirir. Eyni zamanda, mövcud iltihablanmanın həcmini azaldır, ağrıkəsici kimi təsir edir.
4. İspanaq. Bitkinin tərkibində iltihabı qurudan antioksidantlar və bol miqdarda E vitamini var. İspanaq alfa-linolenik turşusuna (ALA) da malikdir. Bu turşu iltihablanmadan qaynaqlanan ağrıları kəsir.
5. Zəncəfil. İltihabı yox edən bitkilərdən biri də zəncəfildir. Tərkibindəki gingerol adlı maddə sayəsində “təbii iltihab quruducu”dur.
6. Sarıkök. Hindistanın yemək mədəniyyətinin önəmli bir parçası olan sarıkök tərkibindəki kurkumin maddəsi sayəsində iltihab əleyhinə təbii antioksidant kimi çıxış edir. Son illərdə aparılan araşdırmalar sübut edib ki, kurkumin iltihablanmaya səbəb olan fərqli molekulyar quruluşların hərəkətini məhdudlaşdırır.
19:09 / 04 Oktyabr 2026
6
18:44 / 04 Oktyabr 2026
18
18:34 / 04 Oktyabr 2026
35
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
396
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1908
16:56 / 04 Oktyabr 2026
181
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
164
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.