Qaynar xətt:

(+99450) 247 90 86

Metronun iş rejimi ilə bağlı açıqlama

Metronun iş rejimi ilə bağlı açıqlama

REDAKTORUN SEÇİMİ

296

07.03.2023, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
8 Mart – Beynəlxalq Qadınlar Günündə "Bakı Metropoliteni" QSC-nin xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.
Oxu24.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. "Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək", - deyə məlumatda qeyd olunub.