Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1071
06.03.2023, 11:05
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib.
E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bundan başqa, keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.

21:07 / 04 Oktyabr 2026
28
20:53 / 04 Oktyabr 2026
47
20:43 / 04 Oktyabr 2026
46
20:21 / 04 Oktyabr 2026
50
20:06 / 04 Oktyabr 2026
81
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
177
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
110
19:09 / 04 Oktyabr 2026
100
18:44 / 04 Oktyabr 2026
92
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
95
17:45 / 04 Oktyabr 2026
89
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
601
17:23 / 04 Oktyabr 2026
503
17:20 / 04 Oktyabr 2026
65
16:58 / 04 Oktyabr 2026
3184
16:56 / 04 Oktyabr 2026
425
16:55 / 04 Oktyabr 2026
291
16:53 / 04 Oktyabr 2026
602
16:51 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.