Qaynar xətt:

(+99450) 247 90 86

Gəmi kapitanı vəfat edib

Gəmi kapitanı vəfat edib

REDAKTORUN SEÇİMİ

385

06.03.2023, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Fikrət Əmirov” gəmisinin matrosu Hamlet Rzazadə vəfat edib.

Oxu24.com  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, o, 6 may 1968-cı ildə Lerik rayonunda anadan olub, 1986-cı ildə matros-motorçu ixtisası üzrə Bakı Dənizçilik Məktəbini bitirib.

H.Rzazadə 1988-ci ildə matros kimi üzən heyətin sıralarına qoşulub, son iş yerinə qədər “Şair Sabir”, “Hüseyn Cavid”, "Qara Qarayev", "Azərbaycan" gəmilərində 1-ci dərəcəli matros və matros vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!