Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, bir həftə əvvəl komaya düşən 1989-cu il təvəllüdlü qazimiz bu gün dünyasını dəyişib.
Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub.
Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş.
Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb.
Qeyd edək ki, Nəriman Qəribov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR