Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə 3 nəfəri bıçaqlayan şəxs tutulub

Şəmkirdə 3 nəfəri bıçaqlayan şəxs tutulub

REDAKTORUN SEÇİMİ

252

24.02.2023, 10:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub”.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu24.com-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Miri Məcidli