Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83268
az

Türkiyədə zəlzələdən nə qədər adam ölüb? - Yeni rəqəm

09:5323 Fevral, 2023
133
REDAKTORUN SEÇİMİ
  • A
Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb. Oxu24.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən qızı "Mərcan" klinikasında əməliyyat ediblərmiş - DETALLAR
Nərminin meyiti gecə 3-də tapılıbmış - ŞOK DETALLAR
Sumqayıta gedənlərə vacib XƏBƏR: İstiqamət dəyişdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı