Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83253
az

1 Qaşıq Kətan Toxumu İnsana Görün Nələr Edir...(VİDEO)

21:4622 Fevral, 2023
1239
REDAKTORUN SEÇİMİ
  • A

Kətan toxumu mədə-bağırsağın işinə müsbət təsir göstərir. Başqa orqanların fəaliyyətini dəstəkləyir. Amma kətan düzgün şəkildə istifadə edilmədikdə, sağlamlığınıza ziyan vurur. Bu gün sizə kətan toxumunun faydalarından və zərərlərindən danışacağam. Diqqət ekrana. 
Kətan toxumunun istifadə sahəsi çox genişdir. Sıyıqlara əlavə edilir, içkilərə qatılır, məhlul hazırlanır.  Amma unutmayın ki, gündə 50 qr-dan artıq qəbulu yolverilməzdir. 
Kətan toxumunun qəbul qaydası. 
Məhsulun ən optimal qəbul vaxtı səhər yeməyindən əvvəldir. Maddələr mübadiləsini sürətləndirir, artıq çəkidən yaxa qurtarmağa kömək edir, bütün orqanizmi tonuslaşdırır. Heç bir emala məruz qoymadan 1 xörək qaşığı kətan toxumunu götürün, yeyin. Ağzınızda yaxşı əzin. Üstündən də su için.  Effektiv nəticə üçün minimum qəbul müddəti 3 həftədir. 
Kətan toxumunu 1 aydan az istifadə olunmamalıdır. Yalnız bu zaman orqanizm yetəri qədər faydalı maddələr qəbul edəcək. İlk olaraq, az-az qəbul edin. Məsələn; 1 xörək qaşığı. Yavaş-yavaş 2 xörək qaşığı və daha çox miqdarda qəbul edilə bilər. Sonra bir neçə ay fasilə verin. 
Arıqlamaq üçün.
Qədimdən insanlar bu məhsulu sırf arıqlamaq məqsədilə  rasionuna daxil edib.   Təəccüblü deyil; bu üsul, həqiqətən də, işə yarayır. Xüsusilə, qatıqla qarışdıranda. Gündə 2 dəfə, hər dəfə 2 xörək qaşığı olmaqla kətan toxumu qatılmış qatıq yeyin. Üstündən 1 stəkan  su için. Arzuolunan nəticə özünü çox gözlətməyəcək.  Mədə şirəsi ilə təmasda olan kətan toxumu şişir və toxluq hissi yaradır. Üstəlik, bu məhsul kalorisizdir. Beləcə, asanlıqla arıqlamaq mümkün olur. Bundan əlavə, o, bağırsağın işini normallaşdırır, bağırsağın müntəzəm şəkildə boşalmağına kömək edir.  Yəni, siz həm arıqlayırsınız, həm də orqanizm toksin və zərərli maddələrdən təmizlənir. Amma yuxarıda qeyd etdiyim kimi. Yaxşı çeynəmək şərtilə. Yaxşı çeynəmədiyiniz zaman kətan toxumu bütöv halda nəcisdən xaric olacaq. Bu zaman siz onun çox effektini görə bilməyəcəksiniz.yaxşı çeynəyə bilməyənlər onu qəhvəüyüdəndə üyüdüb istifadə edə bilər. Üyüdülmüş və xırdalanmış şəkildədirsə, həmən qəbul etməlisiniz. Çünki tərkibindəki yağ turşuları xarab olmağa üz tutur.
Üyüdülmüş kətan toxumunu nəyə qatmaq olar? 
Əvvəlcə, bir daha xatırladım ki, üyüdülmüş kətan toxumu həmən qəbul edilməlidir. Yoxsa o, oksidləşəcək və xərçəng  riski yaradacaq. Buna görə də, onu istifadə edəcəyinizdən artıq hazırlamayın. Bir dəfə qəbul üçün nə qədər lazımdırsa, o qədər üyüdün. Üyüdülmüş toxumu şirəli içkilərə qata bilərsiniz. Meyvəni və giləmeyvəni qaynadın, sonra onun suyuna üyüdülmüş kətan toxumu əlavə edin. 1 stəkan içkiyə 1 xörək qaşığı toxum bəs edir.  Kətan toxumunun stəkanın dibinə çökməyini gözləyin, sonra yeməkdən 30 dəq qabaq  birnəfəsə için. 
Kətan toxumunu meyvə salatlarına, yerkökü şirəsinə və digər  faydalı içkilərə də qata bilərsiniz. 1 xörək qaşığı kətan toxumunu 1 stəkan mayeyə əlavə edin və yaxşıca qarışdırın. 2-3 dəqiqə gözləyin, sonra səhər acqarına için. 
Siz kətan toxumu ilə faydalı sıyıq da hazırlaya bilərsiniz. 1 stəkan qarabaşağı və kətan toxumunu qarışdırın. Azca qaynar su əlavə edin və 1 saat gözləyin. Zövqə görə, sıyığa kərə yağı, ləpə, meyvə dilimləri əlavə edə bilərsiniz. 
Mədə xəstəliklərinin kəskinləşməsi zamanı. 
Bu məhsul mədədəki iltihablanmanı aradan qaldırmaq qabiliyyətinə malikdir.  Müalicəvi qarışımı hazırlayın. Qarışım sizə ürəkbulanma və ağrı kimi simptomlardan yaxa qurtarmağa kömək edəcək. Bunun üçün 2 xörək qaşığı kətan toxumunu qaynar suya əlavə edin və 8 saat gözləyin. Yaxşı olar ki, axşamdan qazanın ağzını dəsmal ilə örtəsiniz. Beləcə, qazanın istiliyi qalar. Hazır  qarışımdan yeməkdən qabaq 300 ml olmaqla, mütəmadi olaraq için. 
Parazitlərdən yaxa qurtarmaq üçün. 
Kətan toxumu bağırsaqları parazitlərdən təmizləyir.  Buna o, tərkibindəki liqnanlar sayəsində nail olur.  Bu polifenol qrupu  bağırsaq yumşaldıcı xarakterə malikdir.  Beləcə, böyük ölçülü parazitlər, onların sürfələri və yumurtaları sürətlə bağırsaqdan xaric olunur.  Kətan toxumunun təsir etmədiyi yeganə bağırsaq paraziti askarid qurdudur. Çünki askarid qurdunun dişiləri yumurtalarını bağırsağa deyil, dəri bükəcəklərinin arasına qoyurlar.  Helmintlər əleyhinə məhlulu hazırlamaq üçün 1 xörək qaşığı kətan toxumunu qaynar suya əlavə edin. 1 sutka dəmlənməyini gözləyin. Yeməkdən 30 dəq əvvəl 100 ml olmaqla için.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən qızı "Mərcan" klinikasında əməliyyat ediblərmiş - DETALLAR
Nərminin meyiti gecə 3-də tapılıbmış - ŞOK DETALLAR
Sumqayıta gedənlərə vacib XƏBƏR: İstiqamət dəyişdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı